Saakaşvili fövqəladə vəziyyət elan etdi

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vilayətdə fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə M.Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb.

“Mənim qərarımla Odessa vilayətində təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Güclü külək 3 nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. Hazırda 100-dən çox yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib”, M.Saakaşvili yazıb.

O qeyd edib ki, vilayət administrasiyasında fövqəladə vəziyyətlə əlaqədar operativ qərargah işə başlayıb: “Təbii fəlakətlə əlaqədar məktəblərdə dərsləri ləğv etməyi, fövqəladə vəziyyət üzrə xidmətlər istisna olmaqla, dövlət müəssisələrində işlərin məhdudlaşdırılmasını tövsiyə edirik. Külək zəifləməyənədək sakinləri evdən çıxmamağa çağırırıq”.

Loading...

24saat.org saytının əməkdaşı və ReAl üzvü saxlanılmadan öncə bunları deyib – SƏS YAZISI

Sonrakı Yazı »

Ceki Çanın ölüm xəbəri yayıldı…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: