Now Reading:
Saakaşvili: “Azərbaycan bizi qabaqladı”
Full Article 50 second read

Saakaşvili: “Azərbaycan bizi qabaqladı”

Braziliyada keçirilən Olimpiya Oyunlarındakı nəticələrindən sonra Ukraynanın gənclər və idman naziri istefa verməlidir.

24saat.news  xəbər verir ki, bu bəyanatı Odessa vilayətinin administrasiya rəhbəri Mixael Saakaşvili öz “Facebook” səhifəsində edib.
“Ukraynanın Olimpiadadakı nəticələri fəlakətdir. Bizi Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka və həm ərazi, həm də potensialca kiçik olan digər ölkələr geridə qoyub. Ukrayndan on dəfə kiçik olan Gürcüstan Ukrayna qədər medal qazanıb”, – siyasətçi qeyd edib.
O, həmçinin bildirib ki, Ukrayna yığmasının Rioda keçirilən Olimpiadadakı çıxışından sonra gənclər və idman naziri istefaya getməlidir.
“Adətən belə məğlubiyyətdən sonra, ən azı idman naziri istefaya getməlidir. Mən müqavilə ilə yaradılmış hökumətin olduğu şəraitdə bunun baş verməyəcəyindən şübhələnirəm”, – o əlavə edib.
16 günlük yarışlardan sonra Ukrayna Olimpiada reytinqində 31-ci yeri tutub. Ukrayna yığmasının aktivində ikisi qızıl olmaqla, 11 medal var. Ukrayna heyəti 206 idmançıdan ibarət olması da, son 25 il ərzində ən aşağı göstərici olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: