Loading...
Loading...

Səudiyyə neftin hasilatını əvvəl qaldırmaq, sonra dondurmaq istəyir

The Wall Street Journal qəzeti xəbər verir ki, Səudiyyə Ərəbistanı neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə hasilatın dondurulmasına razılaşmaq məsələsini nəzərdən keçirir. Lakin bu razılığın böyük əmmaları var. Digər iri neft hasilatçısıBirləşmiş Ərəb Əmirlikləri hələ də hasilatın dondurulmasına qarşı çıxır.

“The Wall Street Journal” bu gün az sonra toplaşacaq OPEC təşkilatı nümayəndələrinə istinadən bunu da bildirir ki, Ər-Riyad qlobal neft hasilatının ümumilikdə yuxarı həddinin günə 32 milyon barreldən 32, 5 milyon barrelə qaldırılması barədə razılıq əldə olunacağı təqdirdə hasilatı dondurmaq barədə düşünəcəyini vəd edir. Başqa sözlərlə, yəni “gəlin əvvəlcə qaldıraq, sonra dondurmaq məsələsinə baxarıq…”

Təhlilçilər bildirirlər ki, burada söhbət faktiki olaraq nəinki hasilatın azaldılmasından, heç dondurulmasından da getmir.Səudiyyə neft hasilatının dondurulmasını istəyir, lakin bunun başqaları tərəfindən edilməsini arzulayır.

Birləşmiş Ərəb Əmirlikləri isə bəyan edib ki, o neft hasilatının dondurulmasına yalnız İran da belə bir addım atarsa, razılaşacaq.Halbuki İran və sünni ərəb dünyası arasındakı rəqabət neft yox, siyasi rəqabətdir.

WSJ yazır ki, OPEC üzvləri hələ də neft hasilatının hansı səviyyədə dondurulacağı barədə mübahisə edirlər.Təhlilçilərin fikrincə, Səudiyyə və başqa iri neft hasilatçıları hasilatın ötən yanvar səviyyəsində saxlanması ehtimalından danışır, halbuki həmin müddətdə də, indi də, hasilat qlobal miqyasda rekord həddindədir.

The Finacial Times yazır ki, neft qiymətlərinin son aylarda yüksəlməsi əsas faktorların dəyişdiyinə görə yox, müxtəlif səbəblər üzündən bir sıra ölkələrin hasilatında qısa fasilələrin yaranmasına görə baş verib. Və bir də əlbəttə, Səudiyyə və Rusiyadan gələn bu kimi “qəribə xoş xəbərlərin” sayəsində. (“Azadlıq” radiosunun xülasəsi)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Moskva ilə danışıqlara başlamalıyıq”

%d bloqqer bunu bəyənir: