Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Səudiyyə koalisiyası qara siyahıdan çıxdı

BMT Yəməni bombalayan Səudiyyə koalisiyasını qara siyahıdan çıxardığını bildirir. Koalisiya yüzlərlə uşağın ölümünə görə həmin siyahıya salınmışdı.

BMT-nin Baş katibi Ban Ki-moon qara siyahıya səbəb olmuş hesabatdakı halların nəzərdən keçirilməsi ilə bağlı Səudiyyənin təklifinə razılaşıb. Məlumatı iyunun 6-da baş katibin sözçüsü Stephan Dujarric verib.

Sözçü deyib ki, koalisiyanın qara siyahıdan çıxarılmasına dair yekun qərar bundan sonra veriləcək.

Səudiyyə Ərəbistanı qara siyahıya salınmasına qəzəbli reaksiya verib.

Yəməndə ötən il öldürülmüş 785 uşaqdan 60 faizinə görə hökumət qüvvələrini dəstəkləyən koalisiyanın məsuliyyət daşıdığı bildirilir. Səudiyyə hökuməti şiə məzhəbli husi üsyançılarından müdafiə edir.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

İstanbulda terror aktı: 5 yaralı

%d bloqqer bunu bəyənir: