Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
se

Səudiyyə Ərəbistanında qatil şahzadə edam olundu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir edam edilib.

24saat.org APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.

İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb.

Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o zaman ölkədə böyük rezonansa səbəb olmuşdur.

Səudiyyə Ərəbistanının Ali və Apelyasiya Məhkəmələri onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, kral ailəsinin üzvünün edam edilməsi Səudiyyə Ərəbistanının tarixində ilk hadisədir.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Bəşər Əsədin həyat yoldaşı Suriyanı tərk etməkdən imtina edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: