Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Səudiyyə Ərəbistanı neft istehsalını artıracaq

Səudiyyə Ərəbistanı dövlət neft şirkəti olan Aramco-nun icraçı direktoru Amin Nasser jurnalistlərə bildirib ki, 2016-cı ildə neft istehsalı artırılacaq.

Şirkət 2018-ci ilədək səhmlərini satışa çıxarmağı planlaşdırır. İstehsalın artırılması şirkətin dəyərini 2 trilyon dollardan çox edə bilər.

Dövlətə məxsus neft şirkətinin 5 faizədək səhmlərinin satışı 2030-cu ilədək Səudiyyə iqtisadiyyatının artırılması və neft və qazdan asılılığını azaltması üçün nəzərdə tutulub.

Səudiyyə Ərəbistanının Baxış 2030 planına görə neftdən gələn gəlirlər digər sənaye sahələrinin inkişafı üçün xərclənəcək.

Bunların arasında neft-kimya sənayesi, mədənçilik, turizm və tikinti sənayesi də var.

Plana görə iqtisadiyyatın inkişafı ilə yanaşı növbəti 15 il ərzində təxminən altı milyon iş yeri açılacaq.

Hazırda ölkə gəlirlərinin 90 faizi neft və qazdan asılıdır.

(bbc azəri)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Baş naziri parlamentin iclasından qovdular

%d bloqqer bunu bəyənir: