Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
teqvim.jpg

Səudiyyə Ərəbistanı Hicri təqvimindən imtina etdi – QƏNAƏT XATİRİNƏ

Səudiyyə Ərəbistanı oktyabrın 1-dən etibarən Hicri təqvimindən imtina edərək Qriqorian təqviminə keçib və hazırda bu ölkədə də rəsmən 2016-cı ildir.

Virtualaz.org Britaniyanın “İndependent” nəşrinə istinadən xəbər verir ki, xristian təqviminə keçməkdə məqsəd neftin qiymətinin düşməsi ilə əlaqədar yaranmış maliyyə çətinliklərinin bəzilərinin aradan qaldırılmasıdır.

Belə ki, Qriqorian təqviminə keçid hər ili təxminən 11 gün uzadır və başqa sözlə, dövlət qulluqçuları aldıqları məvacibə görə 11 gün əlavə işləməli olacaqlar.

Mənbə bildirir ki, Səudiyyə Ərəbistanı yarandığı 1932-ci ildən bəri ay dövlərinə əsaslanan Hicri təqvimdən istifadə edirdi.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Uşaqların kalsium ehtiyacını necə təmin edək?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: