Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sərxoş sürücülərin ödədiyi milyonlar hara gedib?

Qubad İbadoğlu DSK-nın yaydığı məlumatdakı ziddiyətlərə aydınlıq gətirdi

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1 milyon 387 min 800 və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanıb.
Bizimyol.info xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu ictimaiyyətin geniş müzakirəsində olan bu açıqlama ilə bağlı fikirlərini özünün “Facebook” səhifəsində paylaşıb.
Ekspertin sözlərinə görə, bu o deməkdir ki, cari ilin ilk ayınıda hər gün yol-hərəkəti qaydaları əleyhinə orta hesabla 7625, hər ay orta hesabla 231 min 300 inzibati xəta cəriməsi yazılıb. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır.
Q.İbadoğlu bununla əlaqədar iki məqama diqqət çəkmək niyyətində olduğunu yazıb: “Birinci, açıqlanmış məlumatdan bəlli olur ki, qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib. Beləliklə də orta hesabla 1 cəzaya görə 28 manat 96 qəpik cərimə şamil olunub. Məlumat üçün qeyd edim ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat, sürəti 21-40 km/saat həddində aşmağa görə 50 manat, sürəti 41-60 km/saat həddində aşmağa görə 150 manat, sürəti 61 km/saat həddindən artıq aşmağa görə 250 manat, dayanma və ya durma qaydalarını pozmağa görə ən azı 20 manat, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə də 40 manat cərimə tətbiq edilir. Əgər orta cərimə məbləği 29 manat 96 qəpik edirsə, belə qənaətə gəlmək olar ki, yol hərəkətinin ağır pozuntu halları az qeydə alınıb, demək olar ki, cərimələr əsasən yolda hərəkət sürətinin 10-20 km/saat həddində aşmasına görə yazılıb.
Diqqət çəkmək istədiyim ikinci məqam isə ondan ibarətdir ki, görəsən hesablanmış 40,2 milyon manat cərimənin hansı hissəsi ödənilib və nə qədəri borc olaraq qallr. Maraqlı məsələlərdən biri də ödənilmiş məbləğlərin rəsmiləşdirilməsi ilə bağlıdır.
Nəhayət, 3-cü məqam ondan ibarətdir ki, hesabatda yer almayan son 2 ayda yol-hərəkəti qaydalarının pozuntu halları daha da artıb. Belə ki, bu günlərdə açıqlanmış digər məlumata görə, avqust ayının 1-dən 21-dək olan müddətdə keçirilən reydlər zamanı 203 minə yaxın yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 1000-ə yaxın qayda pozuntusu aşkarlanıb. Belə olan halda avqust ayında gündə orta hesabla 9666 və ya bu ilin ilk 6 ayının orta günlük göstəricisindən 26,7 faiz çox inizibati cərimə protokolu yazılıb. Maraqlıdır ki, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı avqustda gündə 50 sürücü cərimələnib. Bu hesabla bu ilin ilk ayında 9100 sərxoş sürücü ilin ilk 6 ayında ən azı 3 milyon 640 min cərimə ödənilməli idi. Nədənsə 6 aylıq hesabatda sərxoş sürücülərdən bəhs olunmur. Görünür ki, ya ilun ilk 6 ayında sərxoş sürücülər olmayıb, yaxud ələ keçməyib, ya sərxoşluq mövsümi amillərlə bağlıdır, ya da sərxoş vəziyyətdə avtomobili idarəetmə üçün yüksək cərimə məbləği qeyd olunduğuna görə onlar qeydiyyat düşmürlər”-deyə Q.ibadoğlu vurğulayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda bütün çirkli avtobuslar dəyişdiriləcək – Bir ilə…

%d bloqqer bunu bəyənir: