Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qeza.jpg

Sərxoş sürücü Bakı-Sumqayıt yolunda qəza törətdi: 4 yaralı (FOTOLAR)

Bakl-Sumqayıt avtomobil yolunda ağır yol qəzası baş verib. Musavat.com xəbər verir ki, hadisə yolun 29-cu kilometrliyində, Saray qəsəbəsi yaxınlığında qeydə alınıb. 
Yolun qəza baş verən hissəsində təmir işləri aparılır və hərəkət zolaqlarından biri nəqliyyatın hərəkəti üçün bağlanıb.  Digər istiqamət isə arakəsmələrlə iki zolağa bölünüb. Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən “Lada” markalı avtomobilin sürücüsü təmir gedən yerə çatanda idarəetməni itirib. Avtomobil maneələri dağıdaraq, qarşı hərəkət zolağına keçib və Bakı istiqamətində hərəkətdə olan “QAZel”  markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində “Lada”nın sürücüsü və iki sərnişini, eləcə də, yüklə dolu “QAZel”in sərnişini xəsarət alıb. Yaralılar Sumqayıtdakı xəstəxanalara aparılıb.
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, “Lada”nın sürücüsü avtomobili sərxoş vəziyyətdə idarə edib və təmirlə bağlı xəbərdarlıq, eləcə də, sürət həddinin azaldılması ilə bağlı nişanlara məhəl qoymayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Musavat.com 

 





24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Bakı metrosunda oğurluq: İki qız idilər… – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: