Loading...
Loading...

Sərkisyan azərbaycanlı oliqarxın restoranında

Xəbər verildiyi kimi ötən bazar günü Rusiyada erməni milyarder Samvel Karapetyan oğluna dəbdəbəli toy edib. Rusiya mağazin mediası yazır ki, azərbaycanlı oliqarx Telman İsmayılova məxsus “Safisa” restoranında keçirilən toy inquş neft maqnatı Mixail Qutseriyevin həmin restoranda keçirilən toyundan heç də geri qalmayıb.

Virtualaz.org xəbər verir ki, toyda Ermənistan prezidenti Serj Sərkisyanın da iştirak etdiyi məlum olub. “Tatler” online nəşrinin bildirdiyinə görə Sərkisyan videokameraların obyektivinə tuş gəlib, ancaq onun toyda iştirakı haqda erməni mənbələri xəbər vermir. Bununla belə Sərkisyanı toydan yayılan videokadrların 59-cu saniyəsində görmək olar.

Məsələnin digər maraqlı tərəfi budur ki, “Safisa” restoranına Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın iddiası ilə həbs qoyulub. Çünki T.İsmayılovun həmin bank qarşısında on milyonlarla dollarlıq borc öhdəliyi var. Bankın iddiası əsasında “Safisa” restoranı və Moskvanın Nikitsk bulvarında otel inşası üçün nəzərdə tutulmuş ərazi “MBA-Moskva”nın aktivləri sırasında daxil edilib.

 

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Almaniyada “erməni soyqırımı”nı qəbul etdirən Cem Özdəmirin ŞOK VİDEOSU

%d bloqqer bunu bəyənir: