Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sərkisyan aprel döyüşlərinə görə daha bir generalı qovdu

Ermənistan prezidenti Serj Sərkisyan bu gün Müdafiə Nazirliyinin daha bir generalını aprel döyüşlərinə görə vəzifədən azad edib.

Virtualaz.org xəbər verir ki, Sərkisyanın fərmanına əsasən general-mayor Mels Çilingəryan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi vəzifəsindən azad olunub. Fərmanda generalın işdən azad edilməsinin səbəbi göstərilməyib, ancaq heç bir şübhə yoxdur ki, səbəb aprel döyüşləri zamanı Ermənistan ordusunun təchizatında üzə çıxan acınacaqlı vəziyyətdir.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin maddi-təchizat idarəsinin rəisi, general-leytenant Alik Mirzəbekyan, Baş Qərargahın kəşfiyyat xidməti rəhbəri general-mayor Arşak Karapetyan, nazirliyin rabitə və əlaqə idarəsinin rəisi, general-mayor Komitas Muradyan vəzifəsindən kənarlaşdırılmışdı. Ordunun avtomobil xidmətinin rəisi həbs olunmuşdu. Habelə qondarma “DQR müdafiə nazirliyi” işğalçı qüvvələrin komandir heyətində cəza tədbirləri görür. Xəbər verildiyi kimi Ağdərədəki Mataqis polkunun komandiri də aprel döyüşlərində aradan çıxdığına görə vəzifəsini itirib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Jirinovski: ‘Qərbin dağıtmaq istədiyi növbəti ölkələr Belarus və Qazaxıstandır…”

%d bloqqer bunu bəyənir: