Loading...
Loading...
mehreliyev

“Sərhəd qoşunları xidməti DTX-nın tərkibində olmalıdır”

Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevdən ilginc açıqlama: “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Xidmətinə tabe olmalıdır”
Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev bu məsələni “Şimal xəbərləri” qəzetinin müxbirinə şərh edərkən deyib ki, sərhəd qoşunları xidməti bir departament kimi DTX-nın tərkibində olmalıdır.

Bunun bir çox səbəbləri var: “Mən bütün məsələləri açıqlamaq istəmirəm. Yəqin ki, peşəkar DTX əməkdaşları məni və bunun zəruriliyini başa düşərlər. Lakin sadəcə bir müqayisə aparmaq istərdim. Rusiyada sərhəd qoşunları Federal Təhlükəsizlik Xidməti İdarəsinin tabeliyindədir. Mən vaxtaşırı Dağıstana gedib-gəlirəm. Rusiya tərəfində sərhədçilər sərhəddi keçənlərə adi bir vətəndaş kimi baxmırlar. Bəzi hallarda çoxlu sorğu-sual edirlər. Qısaca desəm, Rusiya sərhəd keçid məntəqələrində FTXİ-nin gücü hiss olunur. Bizdə də belə olmalıdır. Bu da dövlət və milli təhlükəsizliyimiz baxımından çox vacibdir. ”

Müqəddəs Mehdiyev qeyd etdi ki, ölkədə müstəqilliyimizin ən ağır illərində sərhəd qoşunları MTN-nin tərkibində olub. Bu öz müsbət nəticələrini verib: “Mən daha ciddi arqumentlər gətirə bilərəm. Məsələnin belə həlli həm də gömrük komitəsi üzərində nəzarəti gücləndirər. Bu sahədə də çoxsaylı problemlər var. Ümumiyyətlə, sərhədi hər cəhətdən yaxşı təlimatlandırılmış zabit və əsgərlər qorumalıdırlar. Onlar əməliyyat şəraitindən yaxşı baş çıxarmalıdırlar. Bu gün Azərbaycanın problemi kiminsə sərhəddən 5-10 kiloqram artıq ərzaq keçirməsi deyil. Biz müharibə şəraitində yaşayırıq. Terrorizm və separatçılıqla üz-üzəyik. Bu yaxınlarda DTX-nın Yalamada keçirdiyi uğurlu əməliyyat dediklərimə bir daha sübutdur. ”
Ekspertin fikrincə, qaldırdığı problem çox aktualdır. Onun həyata keçirilməsi ölkəmizin təhlükəsizliyinin qorunması sahəsində zəruri addımdır.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Oğlumun toyuna hazırlaşırdıq…” – Milyarder qızla qəzada ölən Azərin atası/FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: