Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sərhəd buraxılış məntəqələrində əcnəbilərin sürətli keçidi təmin olunacaq

Azərbaycanda sərhəd buraxılış məntəqələrində əcnəbilərin sürətli keçidi təmin olunacaq.

24saat.org Trend-ə istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda nəzərdə tutulur.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Mədəniyyət və Turizm Nazirliyi müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən turizm ehtiyatları, turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinin və informasiya saytının yaradılmasını altı ay müddətində təmin etməlidir.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Sirli Abşeron: Qala, Atəşgah və Yanardağ

%d bloqqer bunu bəyənir: