Loading...
Loading...
atv2

“Səni axtarıram” qalmaqalında əsl hədəf kimdir?

Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Sənin axtarıram” verilişinin pərdəarxası məqamları barədə yayılan video ATV rəhbərliyinə də zərbə ola bilər.

Bu, məlum qalmaqalla bağlı versiyalardan biridir. Bu məsələ Xoşqədəm Hidayətqızının əleyhinə olsa da, hədəf o olmaya bilər. Bu məsələdə diqqəti olayın Xoşqədəm Hidayətqızının fəxri ad almasından bir neçə gün sonraya təsadüf etməsinə çəkir.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyevin fərmanı ilə Xoşqədəm Hidayətqızına əməkdar jurnalist adı verilib. Bu ərəfədə belə bir videonun yayılması həm də bu fəxri adı şübhə altına almaqdır ki, bu da hakimiyyətin zirvəsinə qarşı təxribat kimi dəyərləndirilə bilər. Bu halda təxribatçı əlbəttə ki, olayın hədəfi olan Xoşqədəm Hidayətqızı yox, olayı törədən, yəni videonu sosial şəbəkəyə ötürən tərəf olur.

Bu məsələdə isə ATV rəhbərliyinin adı hallanır.

Beləliklə, düşünmək olar ki, maraqlı qüvvələr həmin videonu yaymaqla ilk növbədə ATV rəhbərliyini zərbə altına qoymağa çalışıblar.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Nikoilbank” sahibkarları necə soyur, xərac alır, aldadır və müflis edir?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: