Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəmkirdə güclü külək 10 kəndi elektriksiz qoyub

Ötən gün axşam saatlarından Şəmkirdə başlayan güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb, 10 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Kəpəz TV” xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq rayonun dağ kəndlərinə güclü dolu yağıb.

Təxminən 10 dəqiqəyə yaxın davam edən dolunun diametri 3 sm-ə yaxın olub və xoşbəxtlikdən kənd sakinlərinə, evlərə, maşınlara ciddi ziyan dəyməyib.

Rayon Fövqəladə Hallar Komissiyasından veirlən məlumata görə, küləyin təsiri nəticəsində elektrik enerjisinin verilməsində yaranan fasilələr aradan qaldırılıb və bütün kəndlərə elektrik enerjisinin verilməsi artıq bərpa olunub.

Qeyd edək ki, bu il rayonun Çənlibel kəndinə bir neçə dəfə güclü dolu yağıb, təsərrüfatlara ciddi zərər dəyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sabah Bakıda 26 dərəcə isti olacaq

%d bloqqer bunu bəyənir: