Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəkili müəllimə Fransanın “Qırmızı kitab”ına düşdü

Şəkidə Bəxtiyar Vahabzadənin adını daşıyan 1 saylı orta məktəbin fransız dili müəlliməsi və direktoru Tahirə Cabbarova Azərbaycanda ilk dəfə Fransanın “Akademik Palma” ordeni ilə təltif edilib.

Təhsil üzrə ali mükafatı şəkili pedaqoqa Fransanın ölkəmizdəki səfiri Orelya Buşez təqdim edib.

200 il tarixi olan “Akademik Palma” ordeninin təhsildə göstərdiyi yüksək fəaliyyəti ilə seçilən müəllim və alimlərə təqdim olunduğunu deyən səfir Orelya Buşez Azərbaycanda ilk dəfə Şəki şəhərində fransız dili müəlliminə bu ordenin təqdim olunması ilə Tahirə Cabbarovanın Fransa dövlətinin “Qırmızı kitab”ına düşdüyünü vurğuladı. Şagirdlərin fransız dilində hazırladığı kompozisiya səfirin daha çox marağına səbəb olduğundan o uşaqlarla birgə milli rəqsə də qoşulub.

“Mən bura təkcə bu ordenin təqdimatı üçün gəlməmişəm, “Turksoy” tədbirində iştirak etdim, Fransanın Milli Qəhrəmanı Əhmədiyə Cəbrayılovun ailəsi ilə, həm də icra başçısı ilə görüşəcəyəm. Biz başçı ilə şəhərinizin iqtisadi və turizm imkanlarını müzakirə edəcəyik”, – deyə Fransanın ölkəmizdəki səfiri Orelya Buşez bildirib.

(ans)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Depressiyadan əziyyət çəkən gənclər

%d bloqqer bunu bəyənir: