Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
seker.jpg

Şəkər xəstəliyinin əlamətləri hansılardır?

Çox su içmək və çox acımaq qan şəkərində tarazlığın pozulması səbəbindən yaranan diabetin səciyyəvi əlamətləridir. Həmçinin anoreksiya, halsızlıq, tez yorğunluq, bulanıq görmə, naməlum səbəbdən arıqlamaq, qaşınma, inadkar infeksiyalar və başqa bir çox tapıntı da şəkər xəstəliyinin əlaməti ola bilər.

24saat.org deyerler.org-a istinadən bildirir ki, köklük və ya artıq çəki, beli qalın olan insanlarda 40 yaşından sonra daha qabarıq olmaqla diabet riski artır. Birinci dərəcə yaxın qohumu (ana, ata, qardaş) diabet olanlar, yüksək təzyiqi olan insanlar, gizli şəkər aşkar edilənlər, damar xəstəliyi olanlar, fiziki fəallığı aşağı olan insanlar, şizofreniya xəstələri və antipsikotik dərman istifadə edənlər bu xəstəliyin riskini daşıyırlar.

Diabetli xəstənin gündəlik həyatda zəruri olaraq etməli olduğu hərəkətlər sağlam yaşamaq istəyən hər hansı bir insandan çox fərqlənmir. Diabetli insan sağlam qidalanmalı, siqaret çəkməməli, spirtli içki qəbul etməməli, mütəmadi idman etməli, dərmanlarını nizamlı qəbul etməli, sağlamlıq müayinələrini ləngitməməlidir.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Bazarda saxta akkumulyatorlar var – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: