Loading...
Loading...

Səhiyyə Nazirliyi hamilə qadının ölümünə münasibət bildirib

Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova  bildirib ki, ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib. O qeyd edib ki, hadisə avqustun 30-da baş verib: “Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib”.
S. Məmmədova deyib ki, meyit artıq təşrih olunub: “24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək”.
Xatırladaq ki, 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı 1 saylı şəhər xəstəxanasında vəfat edib. D. Babayeva ilə birlikdə bətnindəki 36 həftəlik körpəsi də ölüb.(apa)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Nazir Bərdə polisinin rəisini işdən çıxardı

Loading...
%d bloqqer bunu bəyənir: