Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Səhiyyə Nazirliyi DİN-i təkzib etdi

Ağcabədi rayonunda “Coca-cola” içkisindən zəhərlənərək baş verən ölüm hadisəsinəSəhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən münasibət bildirilib.

Mərkəzin şöbə müdiri İmran Abdullayev Modern.az saytına açıqlamasında bildirib ki, ilkin məlumata görə, Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov içkinin içərisinə dərman ataraq öz venasına vurub.

“Bu, içkini qəbul etməklə başa gələn ölüm hadisəsi deyil. Onun zəhərləyici komponenti yoxdur. İlkin məlumata görə, cavan oğlan kiməsə hirslənib narazılığı olub, “Coca cola”nın içərisinə dərman atıb və sonra onu da damarına vurub. Rayon şöbəsindən verilən ilkin məlumata görə, mayeni damarına vurub”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti sözügedən şəxsin məhz “Coca cola”dan zəhərləndiyi ilə bağlı məlumat yaymışdı:

Mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov “Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb.

Daha sonra məlumatda dəyişiklik edərək “Coca cola” sözü çıxarılıb. Görünür ki, DİN hadisəni araşdırmadan yalan məlumatı tirajlayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tale Bağırovun müavini həbsdə qaldı

%d bloqqer bunu bəyənir: