Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Səhiyyə naziri əmr imzaladı

oqtay-siraliyevSəhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsinə dair əmr imzalayıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əmrdə ”2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Fəaliyyət Planının təsdiq olunması, aidiyyəti qurumların rəhbərlərinə tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsinin təmin edilməsi, habelə görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumat verilməsi kimi bir çox məsələlər tapşırılıb.

Tədbirlər Planına Dünya Səhiyyə Təşkilatının vərəmlə mübarizə strategiyasına uyğun olaraq vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, xəstəliyin diaqnostikasının yaxşılaşdırılması məqsədilə vərəm əleyhinə tibb müəssisələrinin müasir mikrobioloji laboratoriya avadanlığı ilə təchiz edilməsi daxildir. Həmçinin mikrobioloji laboratoriyanın zəruri reaktiv və ləvazimatlarla təchiz olunması, dərman preparatlarının keyfiyyətinə nəzarətin təminatı, xəstəliyin profilaktikası məqsədilə uşaqların peyvəndlə əhatə edilməsi nəzərdə tutulub. Əmrə əsasən, vərəmin erkən diaqnostikası məqsədilə tibb müəssisələri spesifik sınaq vasitələri və dərman preparatları ilə davamlı şəkildə təchiz ediləcək, xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislər hazırlanacaq, onlar üçün treninqlər təşkil olunacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezidentin ABŞ səfəri başa çatdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: