Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəhidlərimizin valideynləri ödənişsiz tibbi müayinədən keçə bilərlər

Aprel döyüşlərində həlak olmuş şəhid Tural Dadaşovun anasıModerator.az-a müsahibəsində (yazını bu linkdən oxuya bilərsiniz xəstə olduğunu, dərmanla yaşadığını bildirib və şəhid valideynlərinə dövlət səviyyəsində diqqət  göstərilməsini xahiş edib:

“Biz şəhid valideynlərini bir yoxlatdırsınlar heç olmasa. Hamımızın ürəyi xəstədi. Dövlətimizin bizim müayinə olunmağımız üçün Səhiyyə Nazirliyinə göstəriş versin”.
Moderator.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovayla əlaqə saxlayaraq şəhid anasının bu xahişini qurum rəsmisinin diqqətinə çatdırıb.
L.Bayramova bildirib ki, şəhidlərimizin valideynləri istənilən dövlət tibb müəssisəsində müayinə oluna bilərlər, ancaq bunun üçün onların özləri tibb müəssisələrinə müraciət etməlidirlər: “Dövlət səhiyyə müəssisələrində müayinə tam pulsuzdur. Şəhidlərimizin valideynləri də istədikləri dövlət tibb müəssisəsində heç bir ödəniş etmədən tam müayinədən keçə bilər. Səhhətlərində hər hansı bir narahatlıq hiss etdikləri zaman ilk olaraq yaşadıqları ərazi üzrə poliklinikaya müraciət edə bilər. Çağırış verildikdən sonra sahə həkimi onları evlərindəcə müayinə edib, lazımi müalicə yaza bilər”.
 
Zəhra

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Üsyançılara dəstək vermək üçün yüzlərlə insan İrəvan küçələrinə çıxdı – Fotolar

%d bloqqer bunu bəyənir: