Loading...
Loading...

Şəhidin məzarını müzakirəyə çıxaran məmur danışdı

Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının hələ də qoyulmadığı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatdan sonra bizimyol.info saytının əməkdaşı Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb. O açıqlamasında şəhidlərin qəbir üstlərinin götürülməsi məsələsinin həll edildiyini bildirib.

“Bu gün rəsmi şəxslər gələcək, onların övladlarına medallar təqdim ediləcək. Qəbrlərin düzəldiləməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də, bu məsələlər bir az yubanırdı. Qaldı ki, Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanıb izah etdim.

Daha sonra icra başçısı açıqlamasında Toliki tanımadığını bildirib. “Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə bunu səssiz səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir”.

Qeyd edək ki, Tolik sosial şəbəkədə E.Mirzəyevə mərmərdən baş daşı qoymaq fikirində olduğunu yazıb: “Şəhidin qəbrinin üstünü düzəltdirməyə Xaçmazın icra başçısının 500 manatı yoxdursa, mən ona mərmərdən qəbir daşı qoyduraram. Allah vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Elxan Mehdiyev: “ İŞİD-in hədəfi olması Azərbaycan üçün ciddi təhlükədir”

%d bloqqer bunu bəyənir: