Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəhid olmaq…

Məhsəti Şərif

Aprel döyüşlərində Bakıdaydım. O qədər ruh yüksəkliyi vardı ki, düşünürdüm qələbəyə bir neçə gün qalıb. Hətta savaş bölgəsində olan, döyüşən yaxınlarım da məni buna inandırmışdılar. Çünkü onlar da hər zamankından fərqli ruhdaydılar… O üzdən şəhid olmağı şərəf bilirdilər. Bir ovuc torpaq üçün də şəhidliyə dəyərdi…

Hər gün Azərbaycan bayragına bükülmüş şəhid cənazələri gəldikcə, bizim üzüntümüzün altında bir inam möhkəmlənirdi. Qələbəyə az qalıb… Aprel döyüşlərində insanlardakı qanın qaynamasını, könüllü döyüşə getmək istəyənlərin sayının artması “bizim millət çox güclüdür, sadəcə təkana ehtiyacları var” düşüncəsini bir az da möhkəmləndirdi…

Şəhidlərin sayı artır, döyüş səngiyirdi… “Quyruq acısı” olanlar yenə fəaliyyətdəydi.. Sonda yenə də “atəşkəs” bərpa olundu. Atəşkəs şəhidlərimizi azaltmadı. Yenə də hər gün şəhid xəbərləri eşidirik. Yenə də yoxsul evlərə bayrağa sarılmış igidlər gəlir. Əslində bu atəşkəs anlaşması “ilana sarılmaqdı”…

Şəhidlərimiz gəldikcə, bizim damarımızdakı qan daha da isinir, ağzımıza sığışmayan laflar edirdik. Amma zaman keçdikcə, bizim hayatımız axarına düşdü. Yarası qanayan yalnız şəhid ailələri oldu. Onların məzarı başında əllərini əllərinə çatıb duran bəlağətli sözlər deyib, kamera önündə şəhid ailələrinin əlini tutub vədlər verən məmurlar indi nədənsə yoxdu. O  zaman da şəhidlərlə baglı bir yazı yazmıştım.  Onda da bunun göstəriş oldugunu demiştim. Hətta “banklar şəhid ailələrinin kreditini bağışladı” xəbərlərini də səmimi hesab etmirdim. Çünkü bundan reklam qoxusu gəlirdi. Reklam olmasa, zatən kimsə bilməzdi. Şəhid qanı üzərindən reklam zehniyyətini anlamadım.

Döyüşlərdən üç ay keçib, sakitlikdi… Şəhidlərlə baglı xatirələr şou yazılarından az oxunur. Sosial şəbəkələrdə şəhid xəbərləri “laykla” ötüşdürülür. Oxuyuram ki, Xaçmazda şəhid məzarının üstü hələ də solmuş bayraqla örtülü durur. Bank şəhid ailəsinə ” oglun özü üçün ölüb” deyir… Bəs verilən vədlər? Bəs bankların “humanist” addımları? Nə tez yaddan çıxdı?..

Şəhidlər qanı bizim üçün tökmədimi? Onum məzarını düzəltməyə pul tapmayan məmur kreslosunda daha rahat otursun, daha çox qazanıb ev, maşın alsın deyə, qan axıtdı. Şəhidin arxada nə varı, nə dövləti vardı. Əli qabarlamış yaşlı atası və torpaqdan evi vardı. Amma şəhid məzarı üzərində solmuş bayraq, əbədi yatdığı torpaq üçün öldü. Heç nə düşünmədən torpaq oldular. Onlar ailələrinin banklara borcu olduğunu da bilirdilər. Amma hər şey vətən üşün deyib, şəhidliyi seçdilər. Siz bunları anlamazsınız. Pulun amaldan yüksək olduğu zehniyyətlər bunu qavramaqda çətinlik çəkirlər.

Amma bu gün üzərində yaşadığımız, torpağı, yediyimiz nemətləri  bu vətəni şəhidlərimizə borcluyuq. Düşmənin hücumları qarşısında namusundan, Vətənindən, dinindən və azadlıqdan keçmək istəməyən ər ürəkli aslan əsgərlərimiz torpaqları canı-qanı bahasına qoruyub. Bizə düşən vəzifə də onlar kimi davranaraq, bütün torpaqlarımızı, dəyərlərimizi, inanclarımızı müqəddəs görmək və nə bahasına olursa olsun, onları qorumaqdır.

Şəhidlik bir insanın yüksələ biləcək ən yüksək və ən müqəddəs mərtəbələrdən biridir. Şəhidlik fədakarlqdır, cəsarətdir.

Unutmayın, bu gün istifadə etdiyimiz bu torpaqlar, inandığımız bu dəyərlər şəhidlərin bizə əmanətidir. Amma görürəm ki, siz o əmanətləri qorumağı bacarmadınız…

…Savaş bitməyib, aprel döyüşləri təkrar ola bilər. Torpaqlarımızın azad ediləcəyi an var. Elə edin ki, torpaq uğrunda canını fəda edə biləcək cəsarətli ürək qalsın!

modern.az

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“İŞİD Azərbaycan üzrə nümayəndə təyin edib”

%d bloqqer bunu bəyənir: