Loading...
Loading...

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı anasına təqdim olunub

Şəhid baş leytenant Rəşid Mehdiyevin medalı şəhidin anasına verilib.

Cəbhə bölgəsində düşmənlə döyüşdə qəhrəmancasına şəhid olan baş leytenant, 26 yaşlı Mehdiyev Rəşid Rövşən oğlunun təltif edildiyi “İgidliyə görə” medalı anası Məxpurə Mehdiyevaya təqdim edilib.

Salyan rayonu Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə şəhidin valideynləri, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti, rayon rəsmiləri və ictimaiyyəti iştirak edib.

Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani şəhid Rəşid Mehdiyevin döyüş yolundan danışıb. O, ötən ay Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışaraq şəhidlərin qanının yerdə qalmayacağını, işğal altında olan torpaqların tezliklə azad ediləcəyini bildirib.

Digər çıxış edənlər zabit R. Mehdiyevin igidliyindən söz açaraq, onun xatirəsinin daim əziz tutulacağını deyiblər. Şəhid zabitin valideynlərinə minnətdarlıq ifadə olunub.

Sonda şəhidin anası çıxış edərək oğlu ilə fəxr etdiyini deyib, nitqini “Vətən sağ olsun!” cümləsi ilə bitirib.

Xatırladaq ki, 26 yaşlı zabit Tərtərdə yerləşən təmas xəttində düşmənin təxribat-diversiya cəhdinin qarşısını alarkən şəhid olub.

O, aprelin 5-də doğulduğu Salyan rayonu Xalac kəndində torpağa tapşırılıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Deputatın obyekti yoxlanıb – Təfərrüat

%d bloqqer bunu bəyənir: