Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
zakir-qaralov

Şəhid atasından baş prokurora növbəti müraciət

Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov Baş prokuror Zakir Qaralova müraciət edib. Əli Hüseynov müraciətin bir surətini də KiV-ə göndərib. Şəhid atası yazır: “Cənab Baş prokuror sizə şəhid atası kimi müraciət edərək bildirirəm ki, oğlum sahibkarlıqla məşğul olur. O, sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq üçün fondun rəhbəri Şirzad Abdullayevə lazım olan bütün sənədləri təqdim edib. Lakin Şirzad Abdullayev xəzinədarı Mahirlə birlikdə oğlum Ramil Hüseynovun qarşısına şərt irəli sürüblər. Bu şərt onlara “hörmət” etməkdən ibarət olub. Oğlum şərti qəbul etmədiyi üçün Şirzad Abdullayev krediti ayırmalı olan “Azəriqazbank”in Sumqayıt filialına 120 min manat pulun verilməməsi barədə göstəriş verib.

2014-cü ildən başlayaraq Şirzad Abdullayevin vəzifə səlahiyyətindən istifadə etməsi barədə müxtəlif qurumlara, o cümlədən prokurorluq orqanlarına müraciət etmişik. Amma fondun sədri həmin instansiyaları susduraraq cinayət işinin başlanmasına imkan vermir. Bu işlərlərlə bağlı toplanmış materiallar baxılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib. Prokurorluğa bizim tərəfimizdən lazım olan faktlar, sübutlar və şahidlər təqdim olunub. Qarşı tərəfdən süründürməciliyə yol verən “Aqrarkredit”in rəhbəri Məmməd Musayevin ifadəsi alınıb. Amma Şirzad Abdullayevə rəsmi məktub göndərilsə də, o, ifadə verməkdən imtina edib. Hətta Yasamal Rayon Prokurorluğu “Azəriqaz Bank”a rəsmi məktubla müraciət edərək Ramil Hüseynovun sahibkarlıqla bağlı təqdim etdiyi sənədləri və kredit ayrılması barədə komitənin qərarını tələb edib. Lakin onlar barədə mənə heç bir məlumat verilməyib.
Cənab Baş prokuror, Yasamal Rayon Prokurorluğunda aparılan “araşdırma” da onu göstərdi ki, Şirzad Abdullayevə və Məmməd Musayevə prokuroluq orqanlarının gücü çatmır. Hətta mən şəhid atası kimi Sizi mərhum Heydər Əliyevin ruhuna dəfələrlə and vermişəm ki, Yasamal Rayon Prokurorluğuna göstəriş verəsiniz ki, işə ədalətli baxılaraq cinayət işi başlansın. Amma qanunvericiliyə zidd olaraq barəsində şikayət etdiyim şəxslərin cinayət əməllərinin araşdırılması həmin şəxslərin özlərinə göndərilir.
Xahiş edirəm ki, Yasamal Rayon Prokurorluğunda baxılmış materialların nəticəsi barədə qərarın surətinin bizə təqdim olunmasına göstəriş verəsiniz.
Xahiş edirəm ki, məni qəbul edəsiniz, bu iki məmurun qanunsuz əməlləri, prezidentin sərəncamlarına zidd hərəkətləri barədə faktları sizə təqdim edim. Bundan sonra siz şəhid atasının 8-9 ay prokurorluq orqanlarında süründürməçiliyə məruz qalmasının şahidi olacaq və əmin olacaqsınız ki, bu məmurlar barədə cinayət işinin başlanması gecikdirilib.
Sizi ədalətli Bir baş prokuror kimi bilərək məni qəbuı etməyinizi xahiş edirəm”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Gömrükdə kobud rəftarla üzləşdiyi deyilən qadınla bağlı açıqlama – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: