Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəhid atası Türkiyə səfirinə müraciət etdi

Ağdamdan olan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə və Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşkuna müraciət edib. Şəhid atası müraciətində yazır: “Sizə müraciət edərək bildirirəm ki, Baş Prokurorluq mənim, ağsaqqal bir şəhid atasının haqlı şikayətini ört-basdır etməyə çalışır. 8 aydır baş prokurordan xahiş edirəm ki, rüşvət tələb edərək sahibkarlığa böyük maneə yaradan, süründürməçiliyə yol verən, oğlumu intihara vadar edən iki məmura cinayət işi başladılsın. Hətta bu məsələ ilə bağlı mərhum dövlət başçımız Heydər Əliyevin ruhuna da and verdirmişəm. Amma heç bir nəticəsi yoxdur.

Cənab prezident, Baş Prokurorluq tərəfindən hüquqlarımız tapdanır. Azərbaycan qanunları kobud surətdə pozulur. Prezidentdən və Türkiyə səfirliyindən xahiş edirəm ki, baş prokurorun məni qəbul etməsinə imkan yaratsın. Baş prokurorluqda şəhid atasını süründürürlər. Vəziyyət necə yerə çatıb ki, məcburiyyət qarşısında qalaraq Türkiyə səfirinə müraciət edirəm.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim bu müraciətimi nəzərə alasınız”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Vahid Əhmədov: “Benzinin qiymətində dəyişiklik olmalıdır”

%d bloqqer bunu bəyənir: