Loading...
Loading...

Şəhid ailəsindən Ali Baş Komandana ilginc müraciət – FOTO/VİDEO

Aprel döyüşlərində şəhid olan gizir Pəncəli Nurməmməd oğlu Teymurovun valideynləri vətən uğrunda şəhid olan övladına verilən addan narazıdırlar.

Şəhidin ailəsindənModerator.az – ın əməkdaşına verilən məlumata görə, hələ bir il öncə – 2015-ci ildə Prezidentin sərəncamı ilə Pəncəli Teymurov “İgidliyə görə” medalı ilə təltif olunub.
Aprel döyüşlərində misilsiz qəhrəmanlıq göstərən gizir Teymurov Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid olduqdan sonra Prezidentin sərəncami ilə “Vətən Uğrunda” ordeni ilə təltif olunub. Lakin şəhidin valideynləri bildirirlər ki, bu, dövlət tərəfindən oğlunun qəhrəmanlığına verilən düzgün qiymət deyil. Onlar övladlarının göstərdiyi igidliyin düzgün araşdırılmasını istəyirlər. Şəhidin ailəsi saytımız vasitəsilə Ali Baş Komandana müraciət edərək övladlarının ruhunun rahat olması üçün ona verilən ada yenidən baxılmasını xahiş ediblər.
Xatırladaq ki, gizir Pəncəli Teymurov öz toyunda çıxış edəndə ən böyük arzusunun Vətən uğrunda şəhid olmaq olduğunu demişdi…
Elşən Yəhyayev

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanlı trans: “Valideynlərim trans olduğumu bilsə, məni öldürərlər” – Fotolar

Loading...
%d bloqqer bunu bəyənir: