Loading...
Loading...

Şəhid ailəsi sığorta pulunu ala bilmir

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə itkin düşən, şəhid olmuş Hörmət Baratovun atası Baratov Beytulla Allahyar oğlu 11.000 manat məbləğində sığorta ödənişini ala bilmir.

Məhkəmə inistansiyaları da şəhid atasına ödənilməli olan sıorta ödənişinin ödənilməsi vəzifəsini Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyub. Amma dövlət şirkət  dövlət adına çıxarılan qərarı icra etməməkdə davam edir.
Zərərçəkənin cavabdehə qarşı qaldırdığı iddia ərizəsində bildirilib ki, Hörmət Baratovun subay olub və övladları olmadığı üçün onun vərəsələri yalnız valideynləridir.  Valideynlərə sığorta ödənişi almaq hüququna malik olduqlarının izah edilməməsi səbəbindən sığorta ödənişi almaq üçün müraciət etməyiblər. Bu hüququndan xəbərdar olan şəhid ailəsinin Dövlət Sığorta Kommersiya Şirkətinə etdiyi müraciətə müsbət cavab verilməyib. Sığorta ödənişini verməkdən əsassız olaraq imtina etdiyi üçün  B.Baratov  dövlət şirkətinə qarşı Binəqədi rayon Məhkəməsində “İcbari sığorta ödənişinin verilməsi barədə” iddia qaldırıb.  Məhkəmə iddiaçını qətnaməsini təmin edib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 07 mart 2014-cü il qərarı ilə apellyasiya instansiyasının qətnaməsini dəyişmədən saxlayıb.
Məhkəmə qətnaməsinin qüvvəyə minməsindən iki ildən artıq vaxt keçsə də, Dövlət Sığorta Kommersiya Şirkəti şəhid ailəsinə 11.000 manat icbari sığorta məbləğini ödəmir.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

ABŞ-dan Bakıya it südü gətizdirdilər – 250 qramı 20 manata (VİDEO)

%d bloqqer bunu bəyənir: