Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəhid əsgərin təltif edildiyi medal Göygöldə ailəsinə təqdim olundu

Bu gün Göygöl Rayon İcra Hakimiyyətinin binasında ötən ay cəbhədə ermənilərlə döyüşdə şəhid olan Sərxan Azər oğlu Bağırovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edib, şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən bəhs ediblər.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü əsgər Sərxan Bağırov Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhid əsgər müdafiə naziri Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Medal şəhidin anasına təqdim olunub.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

DYP müstəntiqi təşviş içində – Mühacirlik

%d bloqqer bunu bəyənir: