Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Səhhəti ağırlaşan hüquq müdafiçisinə kömək lazımdır

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyası qurumun Monitorinq Qrupunun üzvü Fuad Həsənovun səhhətinin pisləşməsi ilə əlaqədar müraciət yayımlayıb.

Cebhe.info xəbər verir ki, müraciətdə F.Həsənovun ağır xəstə olması diqqətə çatdırılıb: “İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyasının Monitorinq Qrupunun üzvü, “Demokratiya Monitoru” təşkilatının rəhbəri, tanınmış hüquq müdafiəçisi Fuad Həsənov ağır xəstədir. Hazırda Avrasiya Hospitalında müalicə alan Fuad Həsənovun səhhəti günü-gündən pisləşir, həyatı təhlükə altındadır. Biz, 150-yə qədər QHT-ni birləşdirən MSŞA Koalisiyasının üzvləri Azərbaycan vətəndaş cəmiyyətinin tanınmış nümayəndəsi, gənc fəal, ailə başçısı Fuad Həsənovun səhhətindən narahatlığımızı sizinlə bölüşür və onun həyatını xilas etmək üçün kömək istəyirik. Yerli həkimlərin rəyinə görə, Fuadın müalicəsi yalnız xaricdə mümkündür. Bu isə xeyli miqdarda vəsait tələb edir. Hazırda ona maddi dəstək göstərmək üçün bank hesabları açılsa da, yığılan vəsait heç onun gündəlik müalicə və dərman xərcləri üçün yetərli deyil. Odur ki, bizim müraciətimizə laqeyd yanaşılmayacağına əminliklə iş adamlarını, zəngin insanları aşağıdakı hesablara vəsait köçürməklə ona yardım etməyə çağırırıq.
AZ63IBAZ33801019449278105216 (AZN);
AZ84IBAZ33811018409278105216 (USD);
AZ64IBAZ33811019789278105216 (EURO).
Bununla yanaşı, Fuad Həsənovun ictimai fəaliyyətini, mədən sənayesində şəffaflıq təşəbbüsünə töhfəsini nəzərə alaraq Azərbaycan Respublikasının prezidentinə, səhiyyə nazirinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoruna müraciət edir, onlardan Fuad Həsənovun sağlamlıq durumunu diqqətdə saxlamağı, onun xaricdə müalicəsi üçün zərururi olan yardım göstərməyi xahiş edirik. Xahişimizə diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirik”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Yüksək bal toplayanlarla bağlı yeni layihə – TQDK-dan açıqlama

%d bloqqer bunu bəyənir: