Loading...
Loading...

Səfir: “Ermənistan üçün viza rejiminin aradan qaldırılması gündəmdə deyil”

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ermənistan KİV-də İranın viza rejimini ləğv edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Dağlıq Qarabağda baş verən son hadisələr haqqında danışan səfir bildirib ki, İran hər zaman Azərbaycanın yanında olub və bu məsələdə ölkənin mövqeyi dəyişməyib.

“Münaqişənin beynəlxalq standartlara uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid edirik. İki ölkə arasında başlanan dialoqun xalqların xeyrinə bəhrə verəcəyinə ümidvarıq”, – deyə, o vurğulayıb.

O, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ATƏT-in Minsk qrupunun həmsədrlərini BMT qətnamələrinin yerinə yetirlməsi üçün daha çox səy göstərməyə çağırıb. (“Report”)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qarabağ görüşünün tarixi məlum deyil – Rusiya XİN

Loading...
%d bloqqer bunu bəyənir: