Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Səfir: “Bu, Rusiyanın hibrid müharibəsinin bir hissəsidir”

Ukraynanın Estoniyadakı səfiri Viktor Krıjanovskiy bu ölkənin hakimiyyətindən italyan jurnalisti Sara Redjinellanın çəkdiyi “Donbasın vaxtları” filminin Estoniya ərazisində nümayişinə mane olmağı xahiş edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, səfirin məktubu Estoniya Mədəniyyət və Xarici İşlər Nazirliklərinə göndərilib.

Səfir iddia edir ki, Sara Redjinella Şərqi Ukraynaya qeyri-leqal səfər edib.

“Bu film Rusiyanın ideoloji hibrid müharibəsinin bir hissəsidir. Film Ukraynanın şərq hissəsində qeyri-leqal separatizm qruplaşmalarının irəliləyişinə hədəflənib və Rusiyanın mənim ölkəmə qarşı hərbi təcavüzünü təkzib etməyə xidmət edir”, – Krıjanovskiy yazıb.

Estoniya və Ukrayna arasında dost münasibətlərin olduğunu qeyd edən səfir ölkə hakimiyyətindən bu filmin nümayişinə icazə verməməyi xahiş edir: “Bizim informasiyamıza görə, anti-ukrayna təbliğatçılıq filmi Avropa Birliyi üzrə yayılır. Aydındır ki, ona istənilən şəxs internetdə baxa bilər. Biz onun Estoniya ərazisində nümayiş olunub-olunmayacağına dair məlumata sahib deyilik. Amma yenə də rəsmi hakimiyyəti xəbərdar etmək borcumuzdur. Onun Estoniya ərazisində translyasiyasını qadağan etmək bizim səlahiyyətimizə daxil deyil. Amma biz istəyərdik ki, Estoniya kanalları anti-ukrayna filmini göstərməsinlər”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Çexiyada ukraynalılar saxlanıb

%d bloqqer bunu bəyənir: