Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sədərəkdə şəhid ailəsinin həyətinə hücum olub – Ana və atası zorakılığa məruz qalıb (Foto)

Sədərək rayon İcra Hakimiyyətinin 10 nəfərədək əməkdaşı şəhid Hüseyin Heydərovun ailəsinə hücum edib, onun yaşlı ana və atasına fiziki zor tətbiq ediblər. Bu barədə “AzPolitika”ya şəhidin ailəsindən məlumat verilib.

Bu hücum, Naxçıvanda kənd və qəsəbələrdə “çəpər əməliyyatı” çərçivəsində baş verib. Məsələ ondadır ki, xeyli vaxtdır yerli hakimiyyət əhalinin hesabına abadlıq kampaniyası həyata keçirir. Camaatın həyətyanı sahəsinin çəpərləri dağıdılır, onlar öz hesablarına yeni və səliqəli çəpərlər çəkməyə məcbur edilirlər. Bu kampaniya kəndlərə kütləvi hücum və çəpərləri dağıtma, yandırma ilə müşaiyyət olunur.

Növbəti belə hücum bu yaxınlarda Sədərək rayonunda baş verib. Yeni çəpər çəkməyə imkanı olub-olmadığına fikir verilmədən dağıdılan çəpərlərdən biri də şəhid H.Heydərovun ailəsinə məxsus olub. Belə ki, şəhidin vəfatının ildönümü ərəfəsinə təsadüf edən insident zamanı onun anası Pakizə Heydərovanın zorakılıqdan sonra vəziyyəti pisləşib, şəkər xəstəsi olan bu ağbirçək ana yatağa düşüb. Evin ağsaqqalı İsgəndər Heydərov da zorakılığa məruz qalıb. Buna baxmayaraq, onlara məxsus həyətyanı sahənin çəpəri dağıdılaraq, yararsız vəziyyətə salınıb.

Ailədən bildiriblər ki, bu özbaşınalıqla bağlı Prezident İlham Əliyevə şikayət etmək imkanları da əllərindən alınıb. Belə ki, icra başçısının tapşırığı ilə rayon poçtundan Prezidentə şikayət telerqramları vurulmasına qadağa qoyulub.

01020304

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İŞİD-in tərkibində döyüşən Qarabağ veteranı məhkəmə qarşısında

%d bloqqer bunu bəyənir: