Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şəbnəmin ərinin fotosu yayıldı –Müğənni kimdən qorxub yalan danışır?

Son günlər adı saytların manşetindən düşməyən Şəbnəm Əsədova (Tovuzlu) barədə yeni məlumatlar yayılıb. Onun yeni sevgilisi barədə musavat.com-da çıxan xəbərdən sonra müğənni yeni açıqlamala vermişdi. O, demişdi ki, həqiqətən də Hacı Rafiq adlı şəxslə evlidi.

Amma adıçəkilən şəxs mətbuatın təqdim etdiyi adam deyil. Şəbnəm Əsədova bildirib ki, Hacı Rafiq adlı şəxslə evlidi, yaxın aylarda oğulları olacaq. Lakin bu Rafiqin başqa adam olduğunu, medianın təqdim etdiyi şəxs olmadığını söyləmişdi. Şəbnəm xanımdan sitat: “Yazılarda qeyd olunan başqa Hacı Rafiqdir. Mənim yoldaşımın obyektləri “Memar Əcəmi”də deyil, “Tarqovı”da, “İçərişəhər”də və Moskvada var. O, Surqutda yaşayan adam olub. Bizim müğənnilərin çoxunun birinci ailəsi dağılıb, sonra da ailə qurub, burda nə var ki. Bizim də uşağımız olacaq, əsilli-köklü adamıq.
Həyat yoldaşım iki ildir Həcc ziyarətinə gedib-gəlib, din adamıdır. Başqa bir Hacı Rafiq də var.
Ola bilsin ki, o adam bir qədər məşhurdur deyə, onunla səhv salınıb. Bəli, o adamın övladları var, özü də beyləqanlıdır. Mənim yoldaşım o deyil. Hacılar min dənə var, elə Hacı Rafiq də var”.
Müğənni deyib ki, həyat yoldaşı Hacı Rafiq əmisi oğludur.
Müğənninin yaxın çevrəsindən verilən məlumata görə, onun dedikləri yalandır. Belə ki, onun Hacı Rafiq adlı əmisi oğlunun olmadığı bildirilir. Mənbəmiz bildirir ki, ola bildin Hacı Rafiqin  ailəsində narazılıq yaranıb deyə, Şəbnəm bu cür yalan danışmağa, izi azdırmağa məcbur olub. Məlumatı verən mənbə israrla bildirir ki, Hacı Rafiqlə bağlı verdiyi məlumat həqiqəti əks etdirir, əsla yalan deyil.
Xatırladaq ki, bir neçə gün öncə “Müğənni Şəbnəmin yeni sevgilisi Hacı Rafiq kimdi?” başlıqla xəbər dərc etmişdik. Xəbərdə bildirilirdi ki, müğənni Hacı Rafiq adlı iş adamı ilə sevgilidir. Onun həmin adamdan hamilə olduğu deyilir. Hacı Rafiqin metronun “Memar Əcəmi” stansiyası yaxınlığında xeyli obyektləri var. Məlumatda o da bildirilirdi ki, Hacı Rafiq müğənni sevgilisi üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında dəbdəbəli ev alıb. Hazırda Şəbnəmlə o evdə yaşayırlar. (Musavat.com)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərin toyunda nələr baş verdi? – yeni fotolar

%d bloqqer bunu bəyənir: