Advertisements
24 saat

Səyyad Əlizadə reanimasiyaya yerləşdirildi


Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

Yaxınları Azadinform-a deyib ki, onun halı saat 23:00 radələrində qəfildən pisləşib. Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətirib. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.

“Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, – deyə müğənninin ailə üzvləri deyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: