Səudiyyə şahzadəsi qətl törətdiyi üçün edam edilib


Səudiyyə şahzadəsi üç il bundan əvvəl Riyad yaxınlığında baş vermiş kütləvi dava zamanı qətl törətdiyi üçün edam edilib, Daxili İşlər Nazirliyi bildirir.

Şahzadə Turki bin Saud əl-Kabir paytaxtda edam edilib. Onun necə edam olunduğuna dair təfərrüatlar verilmir – adətən bu hallarda insanların başı kəsilir.
Şahzadə bu il ölkədə edam edilmiş 134-cü şəxsdir, AFP xəbər agentliyinin hesabatında deyilir.
Lakin kral ailəsindən kiminsə edam olunması nadir hadisədir.
1975-ci ildə Faisal bin Musaid əl Səud əmisi, Kral Faisalı qətlə yetirdiyi üçün edam olunub.
Şahzadə Turki həmvətəni Adil bin Süleyman əl-Muhaimidi qətlə yetirməkdə ittiham edilərək ölümə məhkum olunub, Daxili İşlər Nazirliyi bildirir.
Qətlə yetirilmiş şəxsin ailəsi “qan pulu”ndan imtina edərək ölüm hökmünün icrasını tələb ediblər, Al-Arabia agentliyi bildirir.
Daxili İşlər Nazirliyi bildirib ki, hökumət “asayişi və təhlükəsizliyi qorumaq və Allahın qanunlarını tətbiq etməklə ədaləti təmin etməkdə” maraqlıdır.
Bir çox səudiyyəli sosial mediada hadisəni alqışlayaraq “qanunun hər kəsə tətbiq edildiyindən” razı qaldıqlarını bildiriblər.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

ABŞ-dakı Gülən məktəbləri də bağlandı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: