Səudiyyə Ərəbistanı OPEC-i neftlə HƏDƏLƏYİB

Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) öz neft hasilatını artırmaqla hədələyib.

OPEC-ə üzv ölkələrin oktyabrın 28-29-da Vyanada keçirdikləri yığıncağın iştirakçılarının söylədiklərinə görə, Səudiyyə Ərəbistanı İranın neft hasilatını azaltmayacağı təqdirdə öz neft istehsalını gündəlik 11 milyon barreldən 12 milyon barrelə qədər artırmaqla hədələyib.

Səudiyyə Ərəbistanı nümayəndələri İranın neft istehsalını gündəlik 3,66 milyon barrel səviyyəsində “dondurması”nın vacibliyini bildiriblər.

OPEC, İran və Səudiyyə Ərəbistanı nümayəndələri məsələ ilə bağlı “Reuters”ə hər hansı şərh verməyiblər.

(fins.az)

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Azərbaycan əhalisinin banklardakı əmanəti azalıb

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: