Now Reading:
Sərxoş polislər xəstəxanaya daxil olub tibb bacısını döydülər – Cəlilabadda
Full Article 40 second read

Sərxoş polislər xəstəxanaya daxil olub tibb bacısını döydülər – Cəlilabadda



Cəlilabad rayon Mərkəzi xəstəxanasında insident baş verib.

 

Moderator.az– a məlumat verən xəstəxananın şöbə müdiri həkim Şəmsəddin Bünyatov bildirib ki: “Dünən saat 20:00 – radələrində “Qızıltac” şadlıq sarayında toyda yeyib – içərkən zəhərlənən polis işçisini digər polis yoldaşları mərkəzi xəstəxanaya çatdırıblar. Birbaşa reanimasiya şöbəsində qaldrılıran polis işçisinə ilkin tibbi yardım göstərilib. Amma bütün bunlara baxmayaraq polis işçiləri xəstəxanada qalmaqal salaraq qapı – pəncərəyə təpik zərbələri endirmiş, xəstəxana işçilərini təhqir edərək tibb bacısı Tamella Abdullayevanı döyüblər. Xəstəxanada dərman çatışmır və xəstəxananın baş həkim birbaşa dərman alveri ilə məşğuldu. Elə insidentin baş verməsinə səbəb isə həm dərman vasitələrinin olmaması, həm də polislərin sərxoş vəziyyətdə olması olub. Son bir ayda xəstəxanamıza heç bir dərman vasitəsi verilməyib”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: