“Sərvətinə baxanda insan düşünür ki, Eldar Mahmudovun oğlu vunderkind olub”


Əyyub Kərimov: “Lakin maraqlıdır ki, bu vunderkindin 2004-cü ilədək adi bərbərxanası belə olmayıb”

Tanınmış hüquqşünas Əyyub Kərimov 24saat.org-a açıqlamasında sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlunun sahib olduğu saysız-hesabsız əmlakla bağlı ölkə mediasında yazılanları şərh edib. Ə.Kərimov nazir oğlunun 2004-cü ildən sonra sürətlə varlanıb vunderkinddə çevrilməsi sirrinin araşdırılması zəruriliyinə toxunub:
“Mediada Eldar Mahmudovun oğlu, onun malik olduğu sərvət, biznes strukturları haqqında çoxlu sayda informasiyalar yayılır. Bu nə deməkdir? Məgər onun oğlu vunderkinddir? Əgər o həqiqətən də vunderkinddirsə, niyə onun 2004-cü ilə qədər adi bərbərxanası belə olmayıb? Necə oldu ki, 2004-cü ilə qədər heç nəyi olmayan bir insanın 2004-cü ildən sonra qəfildən çoxlu sayda biznes strukturları, obyektləri meydana çıxmağa başladı?
Hesab edirəm ki, bu məsələlərin ciddi şəkildə araşdırılmasına, bu “sirrə” aydınlıq gətirilməsinə ehtiyac var”.

Seymur Əliyev

24saat.org

Hakimiyyət Eldar Mahmudovu həbs edə biləcəkmi?

Sonrakı Yazı »

Hadı Rəcəblidən barəsindəki iddialara – Reaksiya

%d bloqqer bunu bəyənir: