Now Reading:
“Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı davam etdirmək istəyir”
Full Article 30 second read

“Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı davam etdirmək istəyir”


“Avropa İttifaqı Azərbaycanla əməkdaşlığımız üçün vacib olan sahələrin inkişafı baxımından “Şərq Tərəfdaşlığı” siyasəti çərçivəsində əməkdaşlığı davam etdirmək istəyir”.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard “Azərbaycan Mobillik naminə Tərəfdaşlıq” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu il Aİ-Azərbaycan əməkdaşlığının 25 illiyi qeyd olunur: “Bu əməkdaşlığın gələcəyi var. Əməkdaşlığımız bir çox sahədə dərinləşmək və genişlənməkdədir. Bu sahələrdən biri insanlararası əlaqələrdir”.

O, mobillik naminə əməkdaşlıq layihəsinin əməkdaşlığın inkişafı baxımından vacib layihə olduğunu deyib: “Layihə 2016-cı ilin yanvarından başlayıb, 3 il ərzində icra olunacaq”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: