Sərnişin avtobusu çaya düşüb: 20 ölü, 17 yaralı


Nepalın mərkəzi bölgəsində sərnişin avtobusunun çaya düşməsi nəticəsində 20 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəzaya düşən avtobusda 39 sərnişin olub.

Yol qəzası nəticəsində sürücü daxil olmaqla 2 nəfərin itkin düşdüyü bildirilir.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Putin səkkiz generalı birdən işdən qovdu

%d bloqqer bunu bəyənir: