Sərkisyan terror təşkilatının dəstəklədiyi “lider”lə görüşə hazırdır- İRƏVANDA NƏ BAŞ VERİR?


 

Düşmən ölkənin paytaxtı İrəvanda “Sasna Tser” adı verilən silahlı dəstə üzvləri səkkizinci gündür ki, polis binasını ələ keçiriblər. Onlar ilk olaraq müxalifəti təmsil edən  “Təsis Məclisi” hərəkatının həbsdə olan rəhbəri Jirayr Sefilyanın azad olunmasını istəsələr də, daha sonra xalqdan aldıqları dəstəyə arxalanaraq hakimiyyət əliyhinə aksiyaların başlamasına da müvəffəq olublar.

24saat.org saytı xəbər verir ki, axşam saatlarından etibarən düşmən ölkənin polis alayı zəbt olunmuş polis binası önündə yenidən gərginlik yaradıb. Erməni mediasının yaydığı xəbərə görə, bu zaman polisə məxsus 1 avtomobil silahlı dəstənin üzvləri tərəfindən zərərsizləşdirilərək yandırılıb.

Xatırladaq ki, Azərbaycanın aprel ayında Qarabağda keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra Ermənistanda prezident Serj Sərkisyana qarşı əhalinin etimadsızlığı bu olaylarda da özünü biruzə verib. Düşmən ölkənin “dinc” əhalisi prezident Serj Sərkisyanın postunu təhvil verməsi üçün terror təşkilatına tam dəstək verərək meydanlara axışıb.

Məlumat üçün bildirək ki, terror təşkilatının zor ilə azad etməyə çalışdığı  hazırda həbsdə olan və müxalifət lideri kimi təqdim olunan Jirayr Sefilyan keçmiş yaraqlıdır. O, erməni və rus birliklərinin Şuşanın işğal olunmasında göstərdikləri amansızlıqların ideoloji və hərbi planını hazırlayan şəxs kimi tanınır.

Sonda onu da bildirək ki, düşmən ölkəyə rəhbərlik edən Serj Sərkisyan terror təşkilatının dəstəklədiyi Jirayr Sefilyanla danışıqlara hazır olduğunu bildirib.

24saat.org

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“TANKIN İÇİNDƏN POLİSƏ ZƏNG VURDUM” – Türk əsgərlərin tükürpədən izahatları

%d bloqqer bunu bəyənir: