Now Reading:
“Səni axtarıram” qalmaqalı ilə bağlı daha bir məlumat
Full Article 40 second read

“Səni axtarıram” qalmaqalı ilə bağlı daha bir məlumat



Azad Azərbaycan Televiziyasının (ATV) rəhbərliyi yeni telekanal açmaq istəyir.

“Azadlıq”a daxil olan məlumata görə, yeni telekanalın adı da artıq bəllidir: ATV2. Lakin iqtidar düşərgəsində bu layihənin gerçəkləşməsini istəməyən qüvvələr. Məlumatda bildirilir ki, Xoşqədəm Hidayətqızı ilə bağlı qalmaqal da məhz ATV2 layihəsinə qarşı planın tərkib hissəsi olub.

Yada salaq ki, Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişinin pərdəarxası ilə bağlı videokadr yayılmışdı. Həmin kadrlardan görünürdü ki, müəllif verilişin dramatizmini artırmaq üçün tamaşaçını aldatmaqdan belə çəkinmir. Bu kadrlar sosialə şəbəkələrdə böyük rezonansa səbəb oldu. Xoşqədəm Hidayətqızı isə məsuliyyəti ATV rəhbərliyinin üzərinə atdı. Daha sonra məlumat yayıldı ki, əslində bu qalmaqalda hədəf Xoşqədəm Hidayətqızı yox, ATV-nin rəhbəri Vüqar Qaradağlıdır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: