24 saat

Şəmkirdə qadının qadını bıçaqlamasının səbəbi məlum oldu


Şəmkirdə qadının başqa bir qadını bıçaqlamasının səbəbi məlum olub.

Kəpəz TV xəbər verir ki, Sarıtəpə kəndində 25 yaşlı Məleykə Allahverənovanı bıçaqlayan 28 yaşlı Günel Mirzəyeva ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Qadın qohumu olan Məleykə Allahverənovanın həyat yoldaşı Ümidcan Həkimovun telefonuna yazdığı mesajı gördükdə əsəblərinə hakim çıxa bilməyib. Nəticədə Allahverənova ilə mübahisə yaranıb, sonda isə Günel qohumunu bıçaqlayıb.

Faktla bağlı cinayət işi üzrə araşdırma aparılır.

*   *   *02:22

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmkəndlisi -1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən M. Allahverənovaın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: