Advertisements
24 saat

Şəkidə 51 yaşlı qadını it dişləyib


Şəkidə 51 yaşlı qadını it dişləyib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, mayın 9-u günorta saatlarında rayonun Göybulaq kənd sakini, 1965-ci il təvəllüdlü Göyçək Şahmərdan qızı Mahmudova hər iki qolun bilək nahiyəsinin it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 51 yaşlı Göyçək Mahmudovaya öz itləri hücum edib. Göyçək Mahmudovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra quduzluq əleyhinə peyvənd edilərək evə buraxılıb. Məlumatda bildirilir ki, Göyçək Mahmudovanı dişləyən it onun yaxınları tərəfindən öldürülüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: