Şəki sakini özünü körpüdən ataraq intihar edib


Şəkidə 59 yaşlı kişi özünü körpüdən ataraq intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatına görə, hadisə noyabrın 11-i axşam saat 18 radələrində qeydə alınıb.

Şəki şəhəri, Bağbanlar küçəsi ev 59 ünvanında yaşayan, 1957-ci il təvəllüdlü Vəli Əmrah oğlu Uruciyev hələ ki istintaqa məlum olmayan səbəbdən özünü Kiş çayı üzərindəki Qoxmuq körpüsündən ataraq intihar edib. Vəli Uruciyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məlumatda bildirilir ki, ailəsindən ayrılan Vəli Uruciyev son illər tüfeyli həyat yaşayırdı.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Kiş çayı üzərindəki Qoxmuq körpüsü Şəki şəhəri ilə Qoxmuq kəndini birləşdirir.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Bakıda yetkinlik yaşına çatmayan qız oğlanlara tanışlıq təklif edir – VİDEO

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: