Səhiyyənin “Çovdarovu” nazirə hər rüb pul verir? – Tükürpədən iddialar


M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov səhiyyə naziri Oqtay Şirəliyevə hər rübdə “hesabat” verir. Baş həkim üç aydan bir nazirin “haqqı”nı çatdırır.

Bu barədə 24saat.org-a verilən məlumatda iddia olunur ki, T.İbadov O.Şirəliyevdən şikayətlənib. Baş həkim artıq xəstəxananın bazara dönməsindən özünün də cana doyduğunu yaxın çevrəsində etiraf edib.

T.İbadov ayrı yolu da olmadığını qeyd edib. Onun sözlərinə görə, nazirin haqq-hesabını ödəmək üçün tibb ocağının yazılmamış qanunlarını dəyişə bilmir.

Ona görə də sözügedən tibb mərkəzi getdikcə biabırçılığın absurduna yaxınlaşır. Ancaq baş həkimin giley-güzarı da səthidir.

Çünki onun bu vəzifədə olduğu dövrdə qazandığını heç nazir müavini əldə etməyib. Bu baxımsan T.İbadovun şikayəti səmimi səslənməyib.

Üstəlik, ən yaxın dairəsində qeyri-rəsmi şəkildə bildirib ki onun səhiyyə nazirindən asılılığı yoxdur. Belə ki bu postda qalmasında səbəbkar kimi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını hallandırır.

Baş həkimin oğlunun nazirin köməkçisi olduğu iddia edilir. Bunun nə dərəcədə real olduğu bilinmir. Bilinən budur ki, T.İbadov səhiyyənin Akif Çovdarovu kimi tanınır. Onun rəhbərlik etdiyi xəstəxanda bir “həkim bandası” yaradılıb.

Həmin şəbəkəyə xəstəxananın bütün heyəti cəlb olunub. MTN generalı Akif Çovdarov sahibkarları hansı şəkildə soyub, Eldar Mahmudovla şərik işləyirdisə, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanada da baş həkimin şəbəkəsi vətəndaşları soyur.

24saat.org-a verilən məlumatda deyilir ki, klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir.

Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır.

Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 20-30 manat arası, tibb bacılarına 5-10, sanitara isə 3-5 manat veririk. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmur.

Zobdan müayinə olunmaq istəyirsənsə 15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək.

Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir.

Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Həyat yoldaşının qeysəriyyə əməliyyatı ilə ana olacağını deyən bir vətəndaş bunun üçün həkimə 700 manat ödəməlidir. Adi doğuş üçün isə xəstələr 400-450 manat ödəməli olurlar.

Məlum olur ki, palatanın seçilməsi, yataq dəstənin verilməsi, xadimənin işi, xəstəyə sanitar tərəfindən qulluq göstərilməsi, inyeksiyalar və sistem qoyulmaları, qan analizlərində tutmuş, USM, rentgen və bir çox digər müayinələr üçün edilməli olan ödənişlər ilkin məbləğdə nəzərdə tutulmayıb.

Axı necə də olmasa, bura dövlət müəssisəsidir, xidmətlər “pulsuzdur” və buna görə də hər kəs öz işinə görə rüşvəti xəstədən bilavasitə özü və digərlərindən “gizlin” alır. Xəstə bir də onda ayılır ki, (hələ ayılmağına görə şükür etsin) ilkin danışılan məbləğ iki-üç dəfə “şişib”.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Avtovağzal müdiri, yoxsa Bərdənin hakimi mütləqi?

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: