24 saat

“Şəhid ailələrinə verilən pul 10 dəfə artırılsın” – Təklif


Milli Məclisin bu gün keçirilən plenar iclasında şəhid ailələrinə verilən vəsaitin artırılması təklif edilib.

AzVision.az xəbər verir ki, bu təkliflə millət vəkili Aydın Mirzəzadə çıxış edib.

Deputat bildirib ki, şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırmaq lazımdır: “Şəhid ailələri dövlətin diqqətindədir. Onlara verilən vəsait artırılmalıdır. Maliyyə Nazirliyi üzərinə düşən işi yerinə yetirməlidir”.

Millət vəkili Adil Əliyev də təklifi dəstəkləyib. Deputat vəsaitin artırılmasının vacib olduğunu vurğulayıb.

Deputat Əflatun Amaşov da həmkarına dəstək verib. Onun sözlərinə görə, Azərbaycanda elə şirkət var ki, bir işçinin həyat sığortasına görə 100 min manat vəsait ödəyir: “Bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə cəmi 11 min manat sığorta pulu ödənilir. Bu məbləğin artırılması şəhid ailələri üçün müsbət hal olardı”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: