24 saat

Səfirimiz Cavad Zəriflə görüşdü – Foto


Azərbaycanın İrandakı yeni səfiri Bünyad Hüseynov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə B.Hüseynov etimadnaməsinin sürətini İran xarici işlər nazirinə təqdim edib.

M.C.Zərif bildirib ki, İran və Azərbaycan arasında münasibətlər inkişaf etməkdədir: “İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı üçün heç bir maneə yoxdur. Hər iki ölkənin yüksək rütbəli rəsmiləri iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirmək üçün lazimi iradəyə sahibdir”.

B.Hüseynov, öz növbəsində, ölkəsinin İranla siyasi, iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: