Səfir: “Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu”

Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu.

Trend-in məlumatına görə bunu “15 iyul – Xalqın səsi, ədalətin zəfəri: Azərbaycan-Türkiyə” adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O qeyd edib ki, Azərbaycan xalqı çevriliş günü türk xalqı ilə eyni hissləri paylaşıb.

Səfirin sözlərinə görə, 15 iyul hadisələrindən Türkiyə ilə yanaşı digər ölkələr də dərs götürməlidir.

Diplomat qeyd edib ki, çevriliş cəhdlərinin təkrarlanmaması üçün birlik və bərabərlik vacib amildir.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Samir Şərifovun adamlarına Rusiyada cinayət işi başlanıb

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: